image 2

    e-mail: tarixplus@yahoo.com

Qonaq kitabı

"Tarix+" internet portalı tarix, incəsənət, fəlsəfə, qədim təbabət,
etnoqrafiya və sair elm və mədəniyyət mövzuları ilə bağlı Azərbaycan,
rus və ingilis dillərində geniş oxucu kütləsi üçün materiallar təqdim edir.

MƏDƏNİYYƏT

Göygöz Kosa və Qacar
Göygöz Kosa
SSRİ dövründə Azərbaycan uşaqlarının böyük maraqla izlədiyi "Bir qalanın sirri" filmidir (1959). Çox adamın fikir vermədiyi maraqlı fakt ondan ibarətdir ki, Göygöz Kosa burada Ağa Məhəmməd xan Qacara çox oxşayır - həm sifət, həm də qeyim baxımından. Çox güman ki, rejissor bu obrazı yaradarkən Ağa Məhəmməd xanı prototip kimi seçmişdir.Ardını oxu...


"Mətali əs-Səadət" Əsərində Cinlərin Təsvirləri
Cinlər
Mehmet (Məhəmməd) bin Əmir Həsən əs-Səudinin "Mətali əs-səadət və yənabi əs-siyadət" əsərinin iki əlyazması 1582-ci ildə İstanbulda eyni vaxtda qələmə alınmışdır. Bu əsər Əbu Məşər əl-Bəlxinin (787-886) mistikaya, cadu və tilsimlərə aid "Kitabül-bülhan" (كتاب البلهان) ("Möcüzələr kitabı") əsərinin ərəb dilindən türk dilinə tərcüməsidir.Ardını oxu...


Memarlıq incilərimizdən: "Fenomen" kinoteatrı.
Fenomen kinoteatrı
Hal-hazırda Kukla teatrı kimi fəaliyyət göstərən bu bina polşamənşəli memar İosif Ploşkonun layihəsinə əsasən 1910-cu ildə tikilmiş və "Fenomen" kinoteatrı kimi istifadəyə verilmişdir.Ardını oxu...


Hansı hökmdarlarımıza heykəllər qoymalıyıq?
Shah İsmail I
Dövlətçilik tariximizi, bir ölkə, xalq və millət kimi tarixi varlığımızı gələcək nəsillərə və dünyaya əyani şəkildə nümayiş etdirmək üçün ilk öncə dövlətçilik tariximizin rəmzi olan böyük hökmdar və sərkərdələrimizin şərəfinə heykəllər qoymalı, abidələr ucaltmalıyıq.  Ardını oxu...


Qədim türklər və Amerika hinduları: genetik paralellər
Genetic map
Beynəlxalq tədqiqatçılar qrupu belə bir nəticəyə gəlmişdir ki, hər iki toplumun ümumi əcdadları təhminən 25 000 il əvvəl Altayda yaşamış və oradan dünyanın başqa yerlərinə köçmüşlər. Ardını oxu...


"Ənəl-Həqq" deyiminin irfani mənası
Nasimi
İmadəddin Nəsimi Azərbaycan və ümumiyyətlə Şərq fəlsəfəsinin və poeziyasının tanınmış simalarındandır. O, öz fəlsəfə görüşlərini şeirlərində xüsusi batini simvollar (irfani dil) vasitəsi ilə izhar edir.Ardını oxu...


Oğuzlar, türkmənlər, tərəkəmələr
Mir Seyid Əli. Köçəri həyatı
Keçmişdə "türkmən" adı təkcə Türkmənistan türkmənlərinə deyil, oğuzların cənub yaxud oğuz-səlcuq qolunun bütün nümayəndələrinə (İslam dinini qəbul etmiş oğuzlara) şamil edilirdi. Ardını oxu...


Amasyada Şirvani türbəsi (1869 il).

image 1

Türbədə sufi şeyxi Mövlanə İsmayıl Siracəddin Şirvaninin, onun oğlu İstanbulun baş qazısı Əhməd Hülusi Əfəndi Şirvaninin və kürəkəni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbrləri vardır. Ardını oxu...


İstanbulda şirvanlı alimlər

image 1
Orta əsr osmanlı müəllifləri arasında "Şirvani" təxəllüslü insanlara rast gəlmək olar. Ardını oxu...


Yapon folklorunda "Baku".

Baku - fantastic animal
Yapon folklorunda 'Baku' (獏) adlı xeyirxah, qoruyucu ruh haqqında rəvayətlər var. Yaponlar inanırlar ki, fantastik heyvan şəklində təsvir olunan bu ruh pis yuxuları və qarabasmaları dəf etmək gücünə malikdir. Ardını oxu...


İranda qısa ətəklər

image 1
XIX əsrin yarısından başlayaraq, Qacar dövlətində Avropanın və Qərb mədəniyyətinin təsiri getdikcə artır. Ardını oxu...


Gülşiftə Fərahani
image 1
Gülşiftə Fərahani (Golshifteh Farahani, 1983) - məşhur türkmənşəli İran aktrisası, çoxsaylı sanballı beynəlxalq və İran mükafatlarının sahibidir. Ardını oxu...


Azərbaycan dili: SSRİ-nin üç dövlət dillərindən biri.
Mirza Ibrahimov
1956-1990-cı illərdə Sovet ittifaqında yalnız üç dil rəsmən dövlət dili statusuna malik idi: Azərbaycan, gürcü və erməni dilləri. Bu dillərin rəsmi dövlət statusu Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-nin Konstitusiyalarında öz əksini tapmışdı.Ardını oxu...


Məhv edilmiş abidə (nadir foto).
image 1
1872-ci ildə tikilmiş, barokko elementlərini daşıyan bu memarlıq abidəsi Sovet dövründə sökülüb, yerində isə dəmir-betondan Azərbaycan Sovet Ensiklopediyasının binası tikilib. Ardını oxu...


Türk dünyasının ilk türkdilli kulinariya ensiklopediyası.
Medieval Turkish culinary
Türk dilində ilk irihəcmli kulinariya kitabı XV əsrdə Şirvanlı Məhəmməd İbn Mahmud (1375-1450) tərəfindən yazılmışdır. Əslən Azərbaycanın Sirvan bölgəsindən olan Məhəmməd ibn Mahmud Şirvani II sultan Muradın saray həkimi, "Osmanlının ən məşhur təbibi", türk və ərəb dillərində onlarca məşhur əsərin müəllifi kimi tanınır. Ardını oxu...


Türk və çinlilərdə Göy Tanrı inancı.
Temple of Heaven
Həm çinlilərin, həm də qədim türklərin təsvvürlərində "Göy Tanrı" sonsuz mavi səmaya surətində mucərrəd bir qüvvədir.  Ardını oxu...


Özbəkistanın memarlıq inciləri.
Registan
Özbəkistanın Səmərqənd, Buxara, Xivə, Şəhrisəbz və başqa şəhərləri qədim memarlıq abidələrinin miqdarına və gözəlliyinə görə nəinki türk, bütün müsəlman ölkələri arasında əsas yerlərdən birini tutur. Ardını oxu...